Əlaqə Arxiv
news Image
2020.02.24
13:33
| A A A
Gədəbəydə "VAZ" "KamAZ"la toqquşub, ölən var

Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, fevralın 22-də saat 17 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində kənd sakini Taleh Rəsulovun idarə etdiyi “VAZ-21015” və Arıqdam kənd sakini A.Qarayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Rəsulov orada ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz