Əlaqə Arxiv
news Image
2020.02.25
11:30
| A A A
Biləsuvarda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən rayon sakinləri saxlanılıb. Saxlanılarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini İ.Hüseynov ona məxsus “Vaz 2106” markalı avtomobildən gecə saatlarında 420 manat dəyərində maqnitafonun, akkumlyator və təmir-tikinti alətlərinin oğurlandığını bildirib. Bİləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxslər müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların rayon sakinləri Kamran Şirəli və əvvəllər məhkum olunmuş Elnur Hüseynov olduğu müəyyən edilib. Saxlanılarkən E.Hüseynovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Polis əməkdaşlarının K.Şirəli və E.Hüseynovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 4 avtomobildən maqnitafon və akkumlyator oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Sizin Reklam Yeriniz