Əlaqə Arxiv
news Image
2020.02.28
15:03
| A A A
Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar

Quldurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və Bakı şəhər sakini E.Qədirzadə müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini A.Əliyev Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edərək fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona bıçaqla hədə-qorxu gəlib 400 manatını aldıqlarını, daha sonra isə “Audi” markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini E.Qədirzadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Sizin Reklam Yeriniz