Əlaqə Arxiv
news Image
2020.02.29
13:28
| A A A
Beyləqanda avtomobil piyadanı vuraraq öldürdü

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 28-i saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini T.Əzizli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Eyvazalılar kənd sakini Vüsal Səfiyarovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz