Əlaqə Arxiv
news Image
2020.03.23
16:22
| A A A
Cəlilabadda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Cəlilabad rayonununda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini M.Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.

M.Nəcəfovdan və sərnişini Sabirabad rayon sakini S.Məmmədovdan 7 kiloqram 610 qram heroin və 4 kiloqramdan artıq metamfetamin götürülüb.

Sizin Reklam Yeriniz