news Image
2020.03.23
18:56
| A A A
Kürdəmirdə “QAZ-53” piyadanı vurub öldürdü

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, martın 22-də saat 19 radələrində rayonunun Köhünlü kəndi ərazisində Mürtülü kənd sakini S.Omarov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Tahir Şıxıyevi vurub. Piyada hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.