Əlaqə Arxiv
news Image
2020.03.24
10:30
| A A A
İranda sel nəticəsində 12 nəfər ölüb

İranda ötən bir neçə gün ərzində güclü yağış və daşqınlar nəticəsində 12 nəfər ölüb.

Mövqe.az-ın məlumatına görə, bu İranın Təcili Yardım Təşkilatının məlumatında öz əksini tapıb.

Məlumata görə, bu şəxslər avtomobillərin daşqınlarda qalması, tunel çökməsi nəticəsində həlak olublar.

Məlumatda bildirilir ki, İranın 11 vilayətində - Hörmüzqan, Buşehr, Fars, Sistan və Bəluçestan, Qum, Gilan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Mazandaran, Simnan və Kirman vilayətlərində 21 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.

Hazırda vilayətlərdə seldən zərərçəkənlərə yardımların göstərildiyi bildirilir.

Sizin Reklam Yeriniz