Əlaqə Arxiv
news Image
2020.03.26
09:17
| A A A
Xaçmazda 4 otaqlı ev yanıb

Xaçmaz rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Çaykənarı kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə, 2-ci mərtəbəsi və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz