Əlaqə Arxiv
news Image
2020.03.28
18:22
| A A A
Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu.

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfzadə martın 27-si saat 2 radələrində işlədiyi köşkə gəlmiş şəxslərin ona zor tətbiq edib tütün məmulatı aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri B.Nağızadə, C.Rəhimli, E.Qəhrəmanlı və M.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün eyni saatda daha bir köşkdən tütün məmulatı oğurlamaları da müəyyən edilib.

Araşdırma aparılır.

Sizin Reklam Yeriniz