Əlaqə Arxiv
news Image
2020.03.31
13:30
| A A A
Bakı sakininin avtomobili qaçırıldı

Bakı sakininin avtomobilini qaçıran şəxslər saxlanılıblar.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, martın 29-da Bakı şəhər sakini R.Qurbanovun “VAZ-21014” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə 24-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ, 24-cü PŞ və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılmıblar.

Araşdırma aparılır. 

Sizin Reklam Yeriniz