Əlaqə Arxiv
news Image
2020.03.31
23:28
| A A A
Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.

Sizin Reklam Yeriniz