Əlaqə Arxiv
news Image
2020.04.06
14:36
| A A A
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 444 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xocavənd rayon sakini İ.Nəsibov isə Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb. Ondan 410 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz