Əlaqə Arxiv
news Image
2020.04.08
16:20
| A A A
Karantin postunda insident baş verib

Bakı-Ələt yolundakı karantin postunda insident baş verib.

Mövqe.az-ın əldə etdiyi məlumata görə, Rəmzi Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.

Polis əməkdaşlarının gördüyü tədbirlər R.Şükürov saxlanılıb. Onun müvafiq qaydada cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, Rəmzi Şükürov iş adamıdır. Onun şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.

Sizin Reklam Yeriniz