Əlaqə Arxiv
news Image
2020.04.09
12:49
| A A A
Füzulidə avtomobil aşdı, ölənlər var

Füzuli rayonunda yol qəzası baş verib.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, aprelin 8-i saat 8 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Arayatılı kənd sakini Araz Xəlilov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və həmkəndlisi olan sərnişini Elnur Qasımov hadisə yerində ölüblər.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Sizin Reklam Yeriniz