Əlaqə Arxiv
news Image
2020.04.10
12:49
| A A A
Bakı sakinindən narkotik və silah götürüldü

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov saxlanılıb.

Bu barədə Mövqe.az-a DİN-in Mətbuat Xidməti məlumat verib.

Belə ki, şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kq 785 qram marixuana və “”Reck Perfecta” markalı qaz tapançası aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz