Əlaqə Arxiv
news Image
2020.04.18
10:21
| A A A
Bakıda 63 yaşlı qadını maşın vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Belə ki, Abşeron sakini Ağarəhim İbrahimov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən piyada 1957-ci il təvəllüdlü Mirvari Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz