Əlaqə Arxiv
news Image
2020.04.20
13:51
| A A A
Qusarda ölümlə nəticələnən yol qəzası olub

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aprelin 19-da saat 23 radələrində Qusar rayonunun Həsənqala kəndi ərazisində kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə avtomobildəki sərnişin Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz