Əlaqə Arxiv
news Image
2020.04.23
10:01
| A A A
Masallı qəbiristanlığında uşaq faciəvi şəkildə öldü

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.

Kənd sakini, 2011-ci il təvəllüdlü Əhəd Səmədov yaxınlıqdakı qəbiristanlıqda oynayarkən qəbir daşlarından biri uşağın üzərinə aşıb. Hadisə nəticəsində uşaq daşın altında qalıb ölüb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz