Əlaqə Arxiv
news Image
2020.04.23
10:32
| A A A
Masallıda 3 maşın toqquşdu - Ölən və yaralananlar var

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Zaur Talıbov idarə etdiyi “Kia Sorento” markalı avtomobil, hərəkətin əks istiqamətinə çıxaraq ötmə əməliyyatı edən rayon sakini, 2001-ci il təvəllüdlü Ümid Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobil əks yola çıxaraq həmin yolda hərəkətdə olan, 1970-ci il təvəllüdlü Kənan Hatəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.

Toqquşma zamanı K.Hatəmov və onun sərnişini, 1982-ci il təvəllüdlü Ağa Alışov hadisə yerindəcə ölüb, digər sərnişinlər Tahirə Əliyeva və Hədiyyə Əliyeva ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz