Əlaqə Arxiv
news Image
2020.04.25
10:25
| A A A
Bakıda evdən 3 400 manatlıq oğurluq edilib

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

Mövqe.az-ın xəbərinə görə, hadisə martın 15-də Nərimanov rayonu S.Rəhman küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxslər E.Məmmədovun evindən 450 manat pul və 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Daha sonra E.Məmmədov hadisə barədə polisə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü M.Mehdiyev və onun həmyaşıdı, əvvəllər məhkum olunmuş İ.Həbibov müəyyən edilərək tutulub.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz