Əlaqə Arxiv
news Image
2020.04.28
12:56
| A A A
Xəzər rayonunda yol qəzası - 14 yaşlı velosipedçi öldü
Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 27-də saat 15 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş X.Rzayev idarə etdiyi "MAZ" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi, 14 yaşlı Bəşir Cəlalovu vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Sizin Reklam Yeriniz