Əlaqə Arxiv
news Image
2020.04.29
18:45
| A A A
Cənubi Koreyada tikinti binasında yanğın: 36 işçi yanaraq öldü

Cənubi Koreyanın Gyeonggi şəhərində  tikinti binasında baş verən güclü yanğın zamanı 36 işçi həyatını itirib və 10 nəfər isə ağır yaralanıb.

Unikal.org Cənubi Koreyanın Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 13:30 radələrində Gyeongginin İcheon şəhərindəki tikinti binasında güclü yanğın baş verib.

Səlahiyyətlilər, işçilərin zirzəmidə işləyərkən asanlıqla alov yarada bilən  kimyəvi maddə uretandan istifadə edərkən meydana gələn partlayışın yanğına səbəb ola biləcəyini qeyd ediblər.

Yanğında 36 işçinin öldüyü və 10 işçinin ağır yaralandığını bildirən yanğın səlahiyyətliləri, sürətlə yayılan alov səbəbindən işçilərin qaça bilmədikləri üçün yanaraq öldüklərini söyləyiblər.

Belə ki, Baş nazir Chung Sye-kyun səlahiyyətlilərə bütün qaynaqları axtarış və xilasetmə işlərinə yönəltməyi tapşırıb.

Sizin Reklam Yeriniz