Əlaqə Arxiv
news Image
2020.04.30
15:01
| A A A
Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən Masallı rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10 min ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Sizin Reklam Yeriniz