Əlaqə Arxiv
news Image
2020.05.21
10:00
| A A A
Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edildi

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Mövqe.az-ın xəbərinə görə, hadisə mayın 19-u gecə saatlarında Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Məmməd Məmmədovla mübahisə edib. Daha sonra həmin şəxs M.Məmmədovun avtomobildən 170 manat dəyərində olan mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vasif Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz