Əlaqə Arxiv
news Image
2020.05.21
14:50
| A A A
Bakıda intiharın qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə müvafiq təhlükəsizlik (xilasetmə çadırının açılması, çəpərləmə, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması) tədbirləri həyata keçiriblər. 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vətəndaşın özünə suiqəsd etmək istəyinin qarşısını alıblar.

Sizin Reklam Yeriniz