Əlaqə Arxiv
news Image
2020.05.21
22:49
| A A A
Gədəbəydə iki avtomobil toqquşub: Ölən var

Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, mayın 20-də saat 10 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Gəncə şəhər sakini Elxan Məmmədovun idarə etdiyi “NazLifan” və Şəmkir rayon sakini N.Qarayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölüb.

 

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz