Əlaqə Arxiv
news Image
2020.05.24
14:50
| A A A
Ordu əməliyyat keçirdi: 135 silahlı öldürüldü

Nigeriya ordusu ölkənin Zamfara və Katsina ştatlarında silahlı qruplaşmalara qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin sözçüsü Con Enenşe bildirib.

O qeyd edib ki, 3 gün ərzində 135 dəstə üzvü məhv edilib, çoxlu sayda silahlı isə yaralanıb.

Qeyd edək ki, Zamfara əyalətində 4 ildir çobanlarla əkinçilər arasında qarşıdurma yaşanır. Bu illər ərzində 2 min nəfər həyatını itirib, minlərlə insan isə evlərini tərk etməyə məcbur olub.

Sizin Reklam Yeriniz