Əlaqə Arxiv
news Image
2020.05.25
18:48
| A A A
Tovuzda avtomobil aşıb, xəsarət alan var

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini Mirhüseyn Qasımovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil rayonun Aşağı Quşçu kənd ərazisində hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobilə isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz