Əlaqə Arxiv
news Image
2020.05.31
14:46
| A A A
Balakən sakinlərindən narkotik aşkarlandı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.

Mövqe.az-ın məlumatına görə, keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş Şamil Qarayev saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan Ş.Qarayevin üzərinə baxış zamanı 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan digər şəxs, Balakən rayon sakini Elçin Yusifovun üzərindən isə psixotrop maddə hesab edilən metanfetamin götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Sizin Reklam Yeriniz