Əlaqə Arxiv
news Image
2020.06.01
22:26
| A A A
Bakıda bir evin zirzəmisindən narkotik vasitə götürülüb

Binəqədi qəsəbəsində yaşayan R.Bikkulovun evinin zirzəmisindən qurudulmuş çətənə, çətənə kolları və toxumu götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş R.Bikkulovun evinin zirzəmisindən 10 qramdan artıq çətənə toxumu, 250 qram qurudulmuş çətənə və kultivasiya yolu ilə yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz