Əlaqə Arxiv
news Image
2020.06.02
10:31
| A A A
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində "Baklift-2" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Üzeyir Aslanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. "Report"un xəbərinə görə, hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda anket mıəlulatları dəqiqləşdirilib. Baxış iclası iyunun 10-na təyin edilib. Qeyd edək ki, Ü.Aslanov barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham evrilib. Bundan əvvəl "Bakı Lift Təmir-2" İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov, "Lifttəmir" İstehsalat Birliyində müxtəlif vəzifələrdə çalışmış Əhməd Hüseynov və "Baklift-1" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Taryel Qasımov barəsində də eyni əmələ görə ittiham verilib və onların cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Sizin Reklam Yeriniz