Əlaqə Arxiv
news Image
2020.06.03
10:07
| A A A
9-cu sinif şagirdi çayda boğularaq öldü

Cəlilabad rayonunda yeniyetmə çayda boğulub.

Mövqe.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.

Rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizin Reklam Yeriniz