Əlaqə Arxiv
news Image
2020.06.04
19:00
| A A A
Şəkidə güclü külək fəsadlar törətdi

Şəki şəhərində güclü külək nəticəsində aşan ağac 8 saylı məktəbin hasarına ziyan vurub.

Bunu Mövqe.az-a Şəki Şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, ağac yaşlı olmasından güclü küləyə tab gətirməyərək aşıb:

"Hadisə bu gün səhər saatlarında baş verib. Güclü külək səbəbindən aşan ağac kökündən qırılaraq məktəbin həyətinə, hasarın üzərinə aşıb. Ağac aşdıqdan sonra onun içəridən çürüdüyü də məlum olub".

Əlavə edilib ki, ağac aşdıqdan sonra əraziyə cəlb olunan Ekologiya Nazirliyinin əməkdaşları və digər qurumlar onu ərazidən götürüblər.

Sizin Reklam Yeriniz