Əlaqə Arxiv
news Image
2020.06.28
19:29
| A A A
BNA rəsmisi və ailəsi koronavirusa yoluxdu

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusa yoluxub.

Mövqe.az xəbər verir ki, bu barədə BNA rəsmisi özü "Facebook"da bildirib.

"Bir neçə gün davam edən halsızlıq, hərarət əlamətləri ilə təcili tibbi yardıma müraciət etdim və mən, həyat yoldaşım, eyni zamanda oğlumun koronavirus testi nəticələri pozitiv çıxdı. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, biz virusa qalib gələcəyik. Mən inanıram ki, biz virusa qalib gələcəyik. Çünki dövlət sağlamlığımızın qorunması baxımından çox mühüm tədbirlər həyata keçirir. Bütün zəruri tədbirlər görülür ki, koronavirus təhlükəsindən ən az itkilərlə çıxa bilək", - deyə o bildirib. 

Sizin Reklam Yeriniz