Əlaqə Arxiv
news Image
2020.06.29
15:15
| A A A
Zaqatalada 5 ton narkotik vasitə məhv edilib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bəhmətli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mövqe.az-a verilən məlumata görə, ümumi çəkisi 5 tona yaxın olan 9040 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz