Əlaqə Arxiv
news Image
2020.06.30
10:54
| A A A
Qırğızıstanın sabiq Prezidenti xəstəxanaya yerləşdirildi
Qırğızıstanın həbsdə olan sabiq Prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniyaya yoluxub. Trend-in məlumatına görə, bununla əlaqədar o, təcridxanadan xəstəxanaya keçirilir. Xəstəliyi ilə əlaqədar A.Atambayev koronavirus testindən keçib. Testin nəticələri mənfi olub. Onun sağlamlıq vəziyyəti barədə digər məlumatlar verilməyib. Xatırladaq ki, A.Atambayev 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Sizin Reklam Yeriniz