Əlaqə Arxiv
news Image
2020.07.03
20:55
| A A A
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un məlumatına görə, "Mercedes" markalı minik avtomobili ilə "QAZel" markalı yük maşınının toqquşması nəticəsində "Mercedes"də olanlardan 2 nəfər - 1995-ci il təvəllüdlü İlkin Xüdayarov və 1997-ci il təvəllüdlü Aygün Həsənova xəsarət alıb.

Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz