Əlaqə Arxiv
news Image
2020.07.03
22:30
| A A A
Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə şəhərin "Azərbaycan" küçəsində qeydə alınıb.

Belə ki, “50-DK-964” dövlət nömrə nişanlı "Opel" markalı avtomobil qarşıdan gələn “50-DF-321” dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Sizin Reklam Yeriniz