Əlaqə Arxiv
news Image
2020.07.06
13:20
| A A A
Bakıda avtomobil qaçıran keçmiş məhkum tutuldu

Bakıda avtomobil qaçırılıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Bakı şəhər sakini E.Xəlilov iyulun 4-də rayon ərazisindən “KIA” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz