Əlaqə Arxiv
news Image
2020.07.06
21:29
| A A A
Ağsuda keçmiş məhkumdan narkotik götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağsu şəhər sakini M.Qəhrəmanovdan 241 qr marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Ağsu RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın, evindən isə 235 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz