Əlaqə Arxiv
news Image
2020.07.11
16:03
| A A A
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərinin  aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 903 kiloqram olan  787  ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Sizin Reklam Yeriniz