Əlaqə Arxiv
news Image
2020.07.14
21:41
| A A A
Bakıda şəhid polkovnikin cənazəsinin qarşılanması üçün yürüş olub
Bakı sakinləri şəhid polkovnik İlqar Mirzəyevin cənazəsini qarşılamaq üçün yürüş ediblər. "Report" xəbər verir ki, Xətai və Nizami rayonunda yüzlərlə insan bir neçə küçə boyunca yürüş edərək "Şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndiriblər. Qeyd edək ki, İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub.
Sizin Reklam Yeriniz