Əlaqə Arxiv
news Image
2020.07.15
13:22
| A A A
Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmaz rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 14-ü saat 22 radələrində Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində şəhər sakini Ə.Fərzalıyev idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Qusarçay kənd sakini Çingiz Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz