Əlaqə Arxiv
news Image
2020.07.30
12:06
| A A A
Baş Prokurorluğun nümayəndələri videokonfransda iştirak edib

İyulun 29-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya regionu üçün 2021-2025-ci illəri əhatə edən yeni proqramının müzakirəsinə həsr olunan videokonfrans formatında keçirilən görüşdə qeyd edilən Mərkəzin nümayəndəsi Aşita Mital və Azərbaycan Respublikası Baş Prokurorluğu, o cümlədən  Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Bu barədə Mövqe.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilən tədbirdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarov iştirak edərək korrupsiya, çirkli pulların yuyulması, qanunsuz narkotik dövriyyəsinin və digər transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizə sahələrində müəyyən edilən prioritetlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, proqram çərçivəsində əməkdaşlıq perspektivlərinə dair səmərəli fikir mübadiləsi və müzakirələr aparılıb.

Sizin Reklam Yeriniz