Əlaqə Arxiv
news Image
2020.08.05
16:54
| A A A
Livanda dünyanı silkələyən partlayış - yeni siyasi böhran

“Bağdadda sakitlikdir”. Bu həm də ölkədə əmin-amanlığı ifadə edirdi. Dünyada sabitlik, əmin-amanlıq üçün bir neçə şəhər və bölgədə, o cümlədən Beyrutda sakitliyin olması vacibdir.

Livanda vətəndaş müharibəsi bitdikdən sonra Beyrutda sakitlik yaranmışdı. Onda Orta Şərq elə bil dincəlirdi. Ancaq sonra baş verənlər yenidən sakitliyin pozulmasına səbəb oldu.

Ümumiyyətlə, Livan strateji coğrafi ərazidə yerləşir. Elə başının bəlası da geopolitik əhəmiyyətindən irəli gəlir. İsrail və Suriya ilə qonşuluq, Aralıq dənizinin sahilləri ölkədə toqquşan maraqları sadalamağa yardım edər. Ancaq bu yazıda həmin maraqlardan söhbət açmayacağıq. Avqustun 4-də Beyrutda limanda baş verən partlayışla bağlı bəzi məqamlara toxunmaq istərdik. Bu, terror hücumudur? Kim törədib? İndi hamını düşündürən əsas sual budur.

Sizin Reklam Yeriniz