Əlaqə Arxiv
news Image
2020.08.06
14:00
| A A A
Bakıda evdən 5 000 manatlıq oğurluq olub

Xətai polisi oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 000 ABŞ dolları və 1 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.

Sizin Reklam Yeriniz