Əlaqə Arxiv
news Image
2020.08.07
15:53
| A A A
Kürdə batan tələbənin meyiti tapıldı

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində batan 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a bildiriblər ki, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

Sizin Reklam Yeriniz