Əlaqə Arxiv
news Image
2020.08.10
13:24
| A A A
Lənkəranda avtomobil piyadanı vurub öldürdü

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, hadisə avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanan kənd sakini Moskva Məhərrəmovanı vurub.

Piyada hadisə yerində ölüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz