Əlaqə Arxiv
news Image
2020.08.10
16:06
| A A A
Novxanıda qadın suda boğulub

Novxanıda Xəzər dənizində boğulma hadisəsi olub.

Mövqe.az-ın məlumatına görə, hadisə bu gün baş verib. Şahidlərin sözlərinə görə, "Diana" istrahət mərkəzinin ərazisində çimərliklə olan bir nəfər qadın boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub:

"Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara qabaqcadan müəyyən edilmiş çimərlik ərazilərində istirahət etməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir".

Sizin Reklam Yeriniz