Əlaqə Arxiv
news Image
2020.08.12
17:00
| A A A
Şəmkirdə bacanağını öldürən şəxsin istintaqı başa çatıb

Şəmkirdə qəsdən adam öldürməkdə təqsirləndirilən Etibar Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mövqe.az xəbər verir ki, baxılması üçüb Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib.

İttihama görə, Şəmkir rayonu  Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunu odlu silahla öldürüb.

Tutularaq istintaqa cəlb edilən E.Süleymanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

E.Süleymanovla E.Hümmətli bacanaq olublar.

Sizin Reklam Yeriniz